Donuz əti İslamda yeyilməsi qəti surətdə haram olan qidadır. Donuz əti yeməyin qadağan olması Quran ayələrində və hədislərdə açıq-aşkar surətdə bildirilib. Məsələn, ayələrin birində buyurulur: “Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini, Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qətiyyətlə haram etmişdir…” (Bəqərə, 173). Həmçinin, Nəhl surəsinin 115-ci, Maidə surəsinin 5-ci və Ənam surəsinin 145-ci ayələrində də donuz ətini yeməyin haramlığı vurğulanır.
Donuz ətinin yeyilməsi keçmiş səmavi kitablardan Bibiliyada da qadağan edilmişdir. Həzrət Musaya (ə) Allah-Taala tərəfindən nazil olmuş hökmlərdə deyilir: “Donuz qoşadırnaqlı heyvandır, amma gövşəmir. Onlar (donuzlar) sizdən ötrü pak heyvanlar deyil, onların ətini yeməyin, leşlərinə də toxunmayın” (Tövrat, Təsniyə kitabı, XIV, 8). Yəhudilər də buna əsasən donuz əti yemirlər.
