İslam suallarda
Namaz zamanı çox sayda (onlarla, yüzlərlə) təkrar olunmalı zikrlərin sayını hesablamaq üçün nə etmək lazımdır?

Bəzi müstəhəb namazlarda və ziyarətnamələrdə zikrləri çox sayda təkrar etmək lazımdır. Məsələn, gecə namazında 40 nəfər mömin üçün dua edilir, 70 dəfə istiğfar olunur və 300 dəfə “əl-əfv” söylənilir. “Aşura ziyarətnaməsi”nin bir bölümü 100 dəfə təkrarlanır. Bütün bu sayları vasitə olmadan hesablayıb yadda saxlamaq çətin ola bilər. Ona görə bunun üçün köməkçi vasitələrdən istifadə etmək mümkündür. Məsələn, barmaqları qatlamaqla hesabı aparmaq olar. Ya da adam əlinə təsbeh götürüb zikrləri saya bilər. Namaz zamanı zərurət olan hallarda zikrləri saymaq üçün təsbehdən istifadə etmək icazəlidir; bu şərtlə ki, namazı pozan əməllərə yol verilməsin (məsələn, qiblədən dönməsin).