İnsan namaza başlayanda 3 rükətlik məğrib namazını qılmağa niyyət edib, amma səhvən namazı dörd rükət qılıb. Bu halda nə etməlidir?

Namazın bəzi əməllərini yanlışlıq üzündən fərqli şəkildə yerinə yetirdikdə, artırıb-azaltdıqda onları düzəltmək imkanı vardır. Amma bəzi əməllər namazın rüknü (əsası, dayağı) sayılır, onları lazım olan saydan az ya çox etdikdə hər hansı düzəliş işə yaramır və namaz batil sayılır. Məsələn, namazın əvvəlində deyilən təkbir (açılış təkbiri), rüku, qoşa səcdə bu qəbildəndir. İnsan istər qəsdən, istərsə də bilməyərkdən və ya unutqanlıq üzündən rüknlərin sayını azaldıb artırsa, məsələn, rükunu etməsə və ya bir rükətdə iki dəfə etsə, namazı pozmuş sayılır.

Deyilən vəziyyətdə namazın bütöv rükəti artırılıb, beləliklə, bir neçə rükn əməl lazım olduğundan çox sayda yerinə yetirilib. Ona görə bu namaz batil hökmündədir. Hansı səbəb üzündən baş verməsindən asılı olmayaraq, 3 rükətli namazın 4 rükət qılınması mümkün deyil. Yeganə yol həmin namazı batil sayıb yenidən qılmaqdır.

Exit mobile version