İslam dini insana sağlığında ehtiram bəsləməyi vacib bildiyi kimi, cənazəni də ehtirama layiq bilir. Müsəlmanın sağlığında ona göstərilən sayğı öləndən sonra da öz qüvvəsində qalır. Buna görə cənazəni təhqir etmək, murdarlamaq, murdar olmuşsa bu halda buraxmaq olmaz. Şəriətə görə cənazənin büküldüyü kəfən pak olmalıdır. Hətta namaz qılan insanın libasında kiçik ölçüdə qan ləkəsinin olması icazəli sayılsa da, kəfəndə buna icazə verilmir. Cənazənin uzun müddət qalması üzündən və ya başqa səbəbdən kəfənin qana bulaşması yaxud cənazədən xaric olan nəcasətə bulaşması yolverilməzdir. Belə hal baş verərsə, mümkün yol ilə həmin nəcasət təmizlənməli və kəfən pak olunmalıdır. Əgər təmizləmək mümkün deyilsə, bulaşmış hissəni kəsmək lazımdır (cənazənin örtülməsinə mane olmamaq şərti ilə). Bu da mümkün olmasa, dəfndən qabaq kəfən təzələnməli, yəni cənazə başqa pak kəfənə bükülməlidir.
Cənazənin kəfəni qan və ya başqa nəcasətə bulaşmışsa, nə etmək lazımdır?
