Əməliyyat nəticəsində kəsilmiş (amputasiya edilmiş) əl və ya ayağı neyləmək lazımdır?

Şəriətimizə görə, hər bir cənazəyə mütləq dəqiq qayda əsasında qüsl verilməli, kəfənə bükülməli və cənazə namazı qılındıqdan sonra dəfn edilməlidir. Bədəndən qopmuş, kəsilmiş orqanlarla bağlı da müvafiq şəriət ayini icra olunmalıdır. Əməliyyat nəticəsində bədəndən əl və ayaq amputasiya edilibsə, yaxud bədbəxt hadisə, partlayış və s. nəticəsində bu üzvlər qopub bədəndən ayrılıbsa, şəriətin hökmü onların barəsində icra edilməlidir. Belə ki, sümüyü olan bədən üzvü bədəndən ayrılıbsa, ona qüsl vermək və bir parçaya büküb çuxurda basdırmaq lazımdır. Sümüyü olmayan bədən üzvlərini (qulaq, daxili orqanlar və s.) də yuyub basdırmaq lazımdır. Hətta yaxşı olar ki, insan öz kəsilmiş dırnaqlarını və çəkilmiş dişini də torpaqda basdırsın. Sonuncu hökm vacib deyil, müstəhəbdir.

Exit mobile version