Həvva Həzrət Adəmin (ə) qabırğasından yaradılıbmı?

Xalq içində gəzib-dolaşan deyimə görə, qadın kişinin qabırğasından yaxud əyri qabırğadan yaradılıb. Bəzən bu fikri sübut etmək üçün dini kitablardan hədislər də gətirirlər. Həqiqətən bəzi kitablarda Həvvanın ilk insan Adəmin (ə) qabırğasından yaradıldığı, buna görə qadının kişiyə tabe olduğu, guya qadının əyri qabırğadan yaradıldığı üçün naqis varlığa və tərs xasiyyətə sahib olduğu deyilir. Lakin bu cür rəvayətlər və hədislər din alimlərinin çoxu tərəfindən mötəbər sayılmır. Onların həm məzmunu, həm də sənədi problemlidir.

Quran məntiqinə və düzgün hədislərə görə, qadın və kişi müstəqil yaradılmış məxluqlardır. Quranda qadına kişi ilə yanaşı müstəqil yaradılışa malik varlıq kimi münasibət göstərilir. Həzrət Adəm (ə) necə yaradılmışsa, Həvva da Allah tərəfindən o şəkildə yaradılmışdır. Lakin zaman etibarilə Həzrət Adəm (ə) daha əvvəl və birinci xəlq edilmişdir. O, yer üzündə ilk insandır.

Exit mobile version