İslam şəriətinə görə, bir şəxsin mülkündə olan ev heyvanlarının say müəyyən miqdara çatdıqda onların zəkatını vermək vacib olur. Bu miqdar həddinə nisab deyirlər. Əkilib-becərilmiş məhsulların, qızıl-gümüşün, eləcə də hər ev heyvanının nisabi fərqlidir. Nisab miqdarı saya görə artır və buna uyğun olaraq verilən zəkatın da miqdarı çoxalır.
Qoyunun nisabı 40-dan başlayır. 40 baş qoyunu olan adam bir baş qoyun zəkat verməlidir. Qoyunların sayı 120-ni keçənə kimi bu hökm öz yerində qalır. 121 başa çatanda 2 qoyun zəkat kimi verilir. Bu hökm 200 baş qoyuna kimi qüvvədədir. 201-dən 300-ə kimi qoyunun zəkatı 3 baş, 301-dən 400-ə kimi qoyunun zəkatı 4 baş qoyundur. Əgər qoyunların sayı 400-ü keçsə, onların sayını 100-ə bölməli, hər bütöv 100 baş üçün bir baş qoyun verməlidir. Məsələn, 645 baş qoyunu olan şəxs 6 baş qoyun zəkat verəcək. Zəkat verilən qoyunun sair qoyunlar kimi çəki baxımından orta vəziyyətdə, yaş baxımından iki yaşa çatması müstəhəbdir.
