Həzrət Adəm Peyğəmbərin (ə) və Həvvanın harada basdırıldığı məlumdurmu?

Qədim dövrlərdə yaşamış şəxsiyyətlərin həyatı, fəaliyyəti və harada dəfn edilməsi barədə məlumatlar adətən ziddiyyətli və dolaşıq olur. Dünyanın bir çöx nöqtəsində eyni şəxsə məxsus məzarların mövcud olması təbii haldır. Həzrət Adəm Peyğəmbərin (ə) də dəfn yeri barədə mənbələrdəki məlumatlar fərqlidir. Şiə hədisləri onun Nəcəf şəhərində, Həzrət Əlinin (ə) məzarının yanında (Həzrət Nuh Peyğəmbərlə birlikdə) dəfn edildiyini bildirir. Nəcəfdə İmam Əlinin (ə) məzarını ziyarət edənlər bu iki Peyğəmbərin də qəbrinə salam göndərirlər.

Digər rəvayətə görə, Həzrət Adəm (ə) Məkə şəhərinin kənarındakı Əbu Qübeys dağında torpağa tapşırılıb. Bəzi rəvayətlərə görə isə onu əvvəlcə Əbu Qübeys dağında dəfn ediblər, tufandan sonra Həzrət Nuh (ə) onun cənazəsini oradan gətirib Nəcəfdə dəfn edib.

Həvvanın isə Ciddə şəhərində dəfn edildiyi rəvayət olunub, bəzi mənbələr onun da Həzrət Adəmin (ə) yanında – Əbu Qübeys dağında dəfn edildiyini bildirir.

Exit mobile version