İslamda ardıcıllıqla əvvəlcə gecə, daha sonra gündüz hesablanır, hər günə aid edilən gecə ondan əvvəl gəlir. Yeni hicri-qəməri gün ondan əvvəlki gecə, yəni ondan əvvəlki gün Günəş batdıqdan sonra başlayır. Başqa sözlə desək, bu gün Günəş batdıqdan sonra artıq sabahkı günün gecəsi daxil olur. Səmada görünən Ay da sabahkı günün neçəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Ramazan ayının girişini və ya Fitr bayramını ondan qabaqkı gecə təyin edirlər. Əgər səmada hilal görünübsə, növbəti gün ayın 1-i elan edilir.
İslamda ayın neçəsi olması həmin gündən əvvəlki gecə görünən Ay ilə hesablanır yoxsa növbəti gecə görünən Ay ilə?
