İslam şəriətinə görə, cənazə nəcasətdən (əgər bulaşıbsa) pak edildikdən sonra ona üç dəfə qüsl verilməlidir. Birinci dəfə sidr qarışdırılmış su ilə, ikinci dəfə kafur qarışdırılmış su ilə, üçüncü dəfə isə adi saf su ilə qüsl verilir. Meyit qüslü zamanı bu qaydalara və ardıcıllığa riayət edilməlidir, bunlara əməl edilmədən verilmiş meyit qüslü düzgün sayılmır.
Amma əgər suya qarışdırmağa sidr və kafur tapılmasa, yaxud onların qəsbi olduğu məlum olsa, bu halda qüsldən əvvəl meyitə bir dəfə təyəmmüm verilməlidir. Bunun üçün qüsl verən şəxs cənazənin əllərindən tutmalı, o sağlığında necə təyəmmüm almalı idisə, həmin şəkildə onun əllərini yönləndirərək təyəmmüm verməlidir. Bu mümkün olmasa özü ovuclarını torpağa vurub, meyitin üzünə və əllərinin arxasına çəkməlidir. Bundan sonra cənazəyə üç dəfə adi su ilə qüsl verilir.
