Namazın əsas şərtlərindən biri insanın bədəninin və paltarının pak olmasıdır. Əgər bədən ya paltar nəcasətə bulaşıbsa, onu pak etmək və ya dəyişmək (paltarı) lazımdır. Yaradan gələn qanla bağlı icazə verilir ki, əgər bədəndə və ya paltarda barmağın bir bükümünün sahəsi qədər yer qana bulaşıbsa, bu vəziyyətdə namaz qılmaq olar.
Dəstəmaz zamanı dəstəmaz üzvlərinin pak olması şərtdir, onları hətta dəstəmaz gedişində olsa belə pak etmək lazımdır. Amma əgər dəstəmaz üzvlərindən (sifət, başın qabaq hissəsi, qollar və ayaqların üstü) başqa yerdə yara varsa və onu pak etmək mümkün deyilsə, bu halda dəstəmaz almağa icazə verilir. Amma yaranın qanının ətrafa yayılmaması üçün imkan daxilində onun üzərini təmiz parça və s. ilə örtmək məsləhətdir.
