Ümumi mənada yoqa – hinduizm və buddizm dinlərindən qaynaqlanan təlimdir. Yoqa insanı ən yüksək mənəvi və psixoloji səviyyəyə çatdırmağa xidmət edən həm fiziki, həm də psixoloji təlimlərdən ibarətdir. Keşmişdə yoqa hinduizmlə birbaşa bağlı şəkildə öyrədilirdi və möhkəm dini təmələ malik idi. Bu gün isə yoqa daha çox sağlamlığa xidmət edən, insana mənəvi rahatlıq gətirən hərəkətlər məcmusu kimi təqdim edilir. Yoqa kurslarında bu təlimin sağlamlıq və idman yönümü daha çox qabardılır. Bu baxımdan insanın fiziki sağlamlığı və psixoloji sabitliyi naminə yoqa ilə məşğul olmaq dinimiz baxımından günah deyil. Amma bunu dini təlim kimi öyrənmək və təbliğ etmək icazəli deyil, çünki bu, hinduizmin təbliği mənasına gələcək.
Yoqa ilə məşğul olmaq icazəlidirmi?
