Kəbənin yanındakı Hicri-İsmail məkanı nə deməkdir və orada nə yerləşir?

Kəbə evinin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin (künclərinin) arasında yarımdairəvi divarla əhatələnmiş əraziyə Hicri-İsmail deyilir. Yarımdairəvi divarın hündürlüyü təqribən 1,3 metrdir. Bu sahənin içərisi mərmərlə döşənib. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmailin hüdudları daxilində bir neçə peyğəmbər dəfn olunub.

Həcc mərasimində Kəbənin ətrafını təvaf edərkən Hicri-İsmail də mütləq təvafa daxil edilməlidir. Yəni təvaf vaxtı Kəbə ilə Hicri-İsmailin arasından keçmək olmaz (bunların arasında dar keçid var), əksinə, Hicri-İsmailin çöl tərəfindən keçmək lazımdır. Bu hökm Hicri-İsmailin də Kəbə qədər müqəddəslik daşıdığını göstərir.

Exit mobile version