Peyğəmbərin zamanında Misirdə hakimiyyət sürmüş Müqəvqis haqqında tarix kitablarında hansı məlumatlar vardır?

Müqəvqis  İslamdan əvvəlki (Bizanc tabeçiliyi dövründə) Misir hakimi idi. Bəzilərinin fikrincə, İran şahlarına “kəsra”, Bizans imperatorlarına “qeysər” deyildiyi kimi Misir hökmdarlarına da “müqəvqis” deyilirmiş. Bəzi tarixçilərin fikrincə isə, Müqəvqis – Həzrət Mühəmməd Peyğəmbərin (s) dövründə Misirdə hakimiyyətdə olmuş konkret bir hökmdarın adıdır. Peyğəmbər hicri 6-cı ildə dünya hökmdarlarına məktub yazarkən Müqəvqisə də məktub yolladı və onu İslam dininə dəvət etdi. Müqəvqis İslam dinini qəbul etməsə də, Peyğəmbərə ehtiramla dolu cavab yazdı, ona qiymətli hədiyyələr göndərdi. Müqəvqisin göndərdiyi kənizlərdən biri ilə (Mariyeyi-qibtiyyə) Peyğəmbər özü evləndi. Müsəlmanlar tərəfindən Misir fəth olunanda Müqəvqis Əmr ibn Asla müqavilə bağlamış və qan-qadasız Misri təslim etmişdi.

Müasir ingilis alimi Betlerin fikrincə, Müqəvqisin əsl adı Qeyrus idi. O, Qafqaz kilsəsinin rəhbəri idi, Bizans imperatoru Heraklit onu Misrə vali təyin etmişdi. “Müqəvqis” adı da yunanca “Qavqasius” (yəni qafqazlı) sözünün ərəbləşdirilmiş variantıdır. (Məarif və məariyf, 9-cu cild, səh. 562-563).

Exit mobile version