Səd ibn Əbu Vəqqas kimdir və həyatı haqqında hansı məlumatlar var?

Səd ibn Əbu Vəqqas Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabələrindəndir. Qüreyşin Bəni-Zöhrə qoluna mənsub, Peyğəmbərin anası Aminə xatunun əmisi oğlu idi. Əhli-sünnə rəvayətlərinə görə o, Peyğəmbər tərəfindən cənnətlə müjdələnmiş on səhabədən biridir. (Bu hədis şiə mənbələrində təsdiq edilmir). Xəlifə Ömərin vaxtında İran və İraqın fəthində iştirak etmiş, Qadisiyyə, Cəlula və Mədain savaşlarında fərqlənmişdi. O, Sasani ordusuna qarşı bir neçə uğurlu savaşda müsəlmanlara sərkərdəlik etmişdi. Ömər vəfat edəndə onu növbəti xəlifəni seçən altı nəfərlik şuraya daxil etdi. İmam Əlinin (ə) xilafət dövründə Səd ona beyət etmədi, tərəflərin heç birinə qoşulmadı. Səd ibn Əbu Vəqqas hicri 55-ci ildə Mədinədən 7 mil məsafədə, Əqiq adlı şəxsi mülkündə vəfat etdi və Mədinədə dəfn olundu.

Exit mobile version