Qurani-Kərimdə başqa dillərdən keçmiş kəlmələr mövcuddurmu?

Quran mütəxəssislərinin rəyinə görə, Müqəddəs Kitabımız ərəb dilinin ən bəlağətli (fəsih) üslubunda nazil olmuşdur və ədəbi gözəlliyin zirvəsində durur. Bununla yanaşı, mütəxəssislər Quranda başqa dillərdən və başqa regionlarda yayılmış ərəb dialektlərindən sözlərin də keçdiyini yazırlar. Məsələn, “tur” (Möminun, 20) sözü süryani dilində dağ, “əl-mühl” (Kəhf, 29) kəlməsi bərbər dilində qaynar yağ, “əl-yəmm (Ta-Ha, 39) ifadəsi isə qibti dilində dəniz mənasını bildirir.

Quranın mətnində qədim dövrlərdə işlədılən, sonra isə unudulan və az istifadə olunan xeyli söz də vardır.

Qurani-kərimdə rast gəlinən, lakin ərəblər arasında çox istifadə edilməyən kəlmələrə “ğərib” deyilir. Bu kəlmələri açıqlayan Quran elmini “ğəraibül-Quran” (Qurandakı nadir sözlər) adlandırırlar.

Exit mobile version