Əbu Talibin neçə övladı olub?

Həzrət Mühəmməd Peyğəmbərin (ə) əmisi və himayədarı olan Əbu Talibin 6 və ya 7 övladı olması mənbələrdə qeyd edilib. Bunların 4-ü oğul, 2-si və ya 3-ü qız idi. Əbu Talibin qızlarının adı Ümmi-Hani Faxtə və Cümanə olmuşdur, bəzi mənbələrdə Ümmi-Talib adlı daha bir qızı bura aid edirlər. Rəvayətə görə Peyğəmbər meraca Ümmi-Haninin evindən getmişdir. Ümmi-Hani Hübeyrə adlı şairin, Cümanə isə əmisi oğlu Əbu Süfyan ibn Harisin (Müaviyənin atası Əbu Süfyanla qarışıq salmamamlı) zövcəsi olmuşdur.

Əbu Talibin oğullarının bir-biri ilə fasiləsi təxminən 10 yaş idi. Böyük oğlu Talibin həyatı haqqında məlumat azdır. Ondan sonrakı oğul Əqildir; bu, İmam Hüseynin (ə) Kufəyə qasid göndərdiyi Müslimin atasıdır. Əbu Talibin üçüncü oğlu Cəfər “təyyar” ləqəbi ilə tanınır, Mütə savaşında şəhid olmuşdur. Əbu Talibin ən kiçik oğlu isə birinci imam Əli ibn Əbu Talibdir (ə).

Exit mobile version