Vaqifiyyə miladi VIII-IX əsrlərin qovşağında şiə məzhəbinin daxilində yaranmış bir firqədir. Bu ad “qalmaq” mənasımı bildirir. Onlar yeddinci İmam Musa Kazimin (ə) imamətində qaldıqlarına, ondan sonra başqasının imamətin qəbul etmədiklərinə görə bu adı qazanmışdılar. Vaqifiyyə məzhəbinə görə, Həzrət Musa Kazim (ə) sonuncu imamdır və qeybə çəkilib, ondan sonra imam olmayacaq. Bu məzhəbdə İmam Rzaya (ə) və sonrakı imamlara etiqad yoxdur. Vaqifə məzhəbinin qurucuları İmam Kazimin (ə) bir qrup keçmiş səhabəsi idi. İmam zindanda olarkən, bu adamlar onun adından şiələrdən xüms-zəkat pullarını yığırdılar. İmam Kazim (ə) zindanda şəhid olduqdan sonra onlar pulları İmam Rzaya (ə) verməkdən imtina edib mənimsədilər. Bəzi məlumatlara görə onlar 100 min dinardan artıq vəsaiti bu yolla mənimsəmişdilər. Sonralar vaqifiyyə firqəsinin bəzi üzvləri Həzrət Rzanın (ə) imamətini qəbul etdi və bu firqə getdikdə unudulub tarix səhifəsindən silindi.
Vaqifiyyə məzhəbin əqidəsi nədir?
