İmam Mehdinin (ə) zühuru ilə bağlı məşhur hədisdə Azərbaycanın xatırlandığı doğrudurmu?

Nömaninin “Ğeybət” kitabında Əbu Bəsir Həzrət Sadiqdən (ə) belə nəql edib: “Azərbaycan bizə labüddür (yaxud Azərbaycandan alov qalxmasıu labüddür). Heç nə ona tay ola bilməz…” Bu ifadəyə əsasən bəzi tədqiqatçılar İmam Mehdinin (ə) zühurundan qabaq baş vermiş hadisələrdə Azərbaycanın xüsusi rol oynayacağını iddia etmişlər. Amma bəzi tədqiqatçılar hədisin bu variantının katiblər tərəfindən yaranmış nüsxə səhvi olduğunu qeyd edirlər. Onların fikrincə, hədisin mətnindəki “Azərbaycan” kəlməsi əslində “imtahan” sözünün təhrif olunmuş şəklidir və əslində hədis bu formada olmalıdır: “İmtahan atəşinin alovlanması labüddür, heç nə ona tay ola bilməz”. Ümumiyyətlə, “Azərbaycan” kəlməsinin bəzi qədim nüsxələrdə mövcud olmadığı barədə məlumatlar vardır.

Exit mobile version