Əhdi-ətiq və Əhdi-cədid nədir?

Bibliyanı şərti olaraq iki hissəyə ayırırlar: Əhdi-ətiq, yəni qədim, köhnə əhd və Əhdi-cədid, yəni yeni əhd. Yəhudi və xristian ənənəsinə görə Allah keçmiş peyğəmbərlərin zamanında onlarla onlarla əhd bağlamış, daha sonra Həzrət İsa (ə) vasitəsilə bu əhdi təzələmişdir. Yəhudilər yalnız Əhdi-ətiqə, xristianlar isə bunların hər ikisinə inanırlar.

Əhdi-ətiqə Tövratın 5 kitabı (Təkvin, Çıxış, Levit, Rəqəmlər və Təsniyə) və peyğəmbərlərə aid edilən daha 34 kitab daxildir. (Zəbur da bura aiddir).

Əhdi-cədid isə 4 İncildən (Mark, Matfey, Luka və İohann İncilləri), Müqəddəs həvarilərin əməllərindən, Apokalipsisdən və həvarilərin məktublarından ibarətdir (ümumilikdə 27 mətn).

Əhdi-ətiqin əsil mətni itib-batmış, sonralar yəhudi ruhaniləri tərəfindən hafizəyə əsasən bərpa edilmişdir. Əhdi-cədidin əsasını təşkil edən İncillərin hazırki mətnləri də tərcümədən ibarətdir.

Exit mobile version