Ayaqüstü ani yuxu da dəstəmazı pozurmu?

Dəstəmazı pozan hallar və əməllər şəriət kitablarında (risalədə) ətraflı şəkildə izah edilib. Bu hallardan biri də yatmaqdır. İnsanın huşunu alan hər cür yuxu dəstəmazı pozar. Ayaq üstə, oturmuş yaxud uzanmış vəziyyətdə, qısa ya uzunmüddətli yatmaq arasında fərq yoxdur. Əgər insan çox yorğun olduğu üçün hətta ayaq üstə də yuxuya getsə, dəstəmazı pozular. Yuxunun əsas şərti budur ki, insan ətrafında baş verənləri görməsin və eşitməsin. Bu ikisinin arasında eşitmə daha əsas sayılır. Yəni insanın gözləri yumulsa, amma ətrafında baş verənləri eşitsə, yatmış sayılmır və dəstəmazı pozulmur. Amma hətta gözləri tam yumulmasa belə, ətrafda baş verənlərin səsini eşitməyəcək dərəcədə mürgüləsə, dəstəmazı pozulmuş sayılır.

Exit mobile version