Əgər insan öz həyat yoldaşının pis xasiyyətinə, əziyyətinə və xəyanətinə dözərək yaşayarsa, bunun əvəzində ona savab verilirmi?

İslam dininə görə Allah yolunda edilən hər bir yaxşı əməlin – böyük ya kiçikliyindən asılı olmayaraq – savabı vardır. Quranda buyurulur ki, kim xardal dənəsi boyda yaxşı iş görsə, onun mükafatını alacaq. Əksinə, kim xardal dənəsi boyda pis iş tutarsa, onun da cəzasını çəkəcək. İslam dininin ən çox əhəmiyyət verdiyi məsələlərdən biri ailə dəyərləri və ailə mökəmliyidir. Bütün çətinliklərə baxmayaraq, ailəni qoruyub-saxlamaq, uşaqların taleyini düşünmək dinimizdə çox bəyənilir. Buna görə də ailədə tərəflər müəyyən qədər çətinliklərlə üzləşib əziyyət çəksələr də, yaxşı olar ki, ailəni qorumaq şərti ilə bu çətinlikləri aradan qaldırmağa çalışsınlar. Hər mümkün vasitə ilə ailəni qorumaq, qarşı tərəfi islah etməyə çalışmaq, səbir etmək bəyənilən əməldir. Bütün yaxşı əməllər kimi bunun da savabı Allah tərəfindən mütləq veriləcək.

Exit mobile version