Ənsar kimlərə deyilir?

“Ənsar” “nasir” sözünün cəmidir, “yardımçılar” mənasını bildirir. Dini anlamda Məkkədən hicrət etmiş Həzrət Mühəmməd Peyğəmbəri (s) və mühacir səhabələri Mədinədə qəbul edən, onlara hər cür köməklik göstərən mədinəli müsəlmanlara “ənsar” deyilir. Quran­da Allahın mühacirlərlə yanaşı, ənsardan da razı olduğu, onlar üçün cənnət bağçaları hazırladığı (Tövbə, 100), onları bağışladığı (Tövbə, 117), ənsardan olanların mühacirləri sevdikləri, onları özlərindən üstün tutduqları (Həşr, 9), öz malları və canları ilə Allah yolunda cihad etdikləri (Ənfal, 72) bildirilir. Həzrət Mühəmməd Peyğəmbər (s) hər mühacirlə ənsardan olan bir nəfəri qardaş elan etmişdi. Ənsardan olanlar mühacirlərə səmımiyyətlə qucaq açmış və hər şeylərini onlarla bölüşmüşlər.

Exit mobile version