Bu gün Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirildi. Cari ilin sentyabr ayında isə Bakıda TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının növbəti iclası baş tutacaq.
Bunu Şuşada jurnalistlərə müsahibəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
“Bu iki tədbir böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının iclası hər il keçirilir. Həmin şura çərçivəsində müxtəlif məsələlər üzrə işçi qrupları fəaliyyət göstərir, o cümlədən terrorizm və ekstrimizmə qarşı mübarizə üzrə işçi qrupu mövcuddur”, – deyə o əlavə edib.
