Araq, donuz əti kimi haram qidaları qəbul edəndən sonra paklanmaq üçün qüsl almaq lazımdırmı?

Şəriətimizdə haram qidalar qəbul etmək günah sayılır. Unutmaq olmaz ki, haram qidalar insanın sağlamlığından əlavə, mənəviyyatına da mənfi təsir göstərir. Bunu edən şəxs mütləq öz əməlindən peşman olmalı, bir daha təkrar etməyəcəyini qərara almalı, tövbə etməlidir. Lakin qüsl, dəstəmaz kimi ayinləri icra etmək tələb olunmur. Əgər haram qida insanın əlinə və ya başqa bədən üzvünə dəyibsə, onu şəriətdə nəzərdə tutulan şəkildə yuyub pak etmək lazımdır. Ağız da murdar qidaya bulaşıbsa, su ilə yuyulub pak edilməlidir. Qüsl almaq vacib deyil, amma tövbə niyyəti ilə müstəhəb qüsl almaq olar. Tövbə etmək üçün Quranın yazısına toxunub and içmək istəyirsə (vacib olmasa da), bunun üçün boynunda qüsl varsa, qüsl almalı, boynunda qüsl yoxdursa, dəstəmaz almalıdır. Haram işdən sonra vacib olan əsas şərt səmimi qəlbdən tövbə etmək və bu tövbəni qorumaqdır, başqa heç bir ayin vacib deyil.

↑
Exit mobile version