Əcəlin (ölümün) vaxtını dəyişmək mümkündürmü?

Bu barədə İslam alimlərinin əksəriyyətinin fikri budur ki, baş verəcək hadisələr barədə Allahın təyin etdiyi müqəddərat (qədər) iki növdur. Bunun bir növü mütləqdir, heç zaman dəyişməz, Lövhi-məhfuzda dəqiq şəkildə qeydı alınıb və təyin edildiyi zaman mütləq baş verəcək. Onu hansısa yolla dəyişmək, vaxtını qabağa ya geriyə çəkmək, ləğv etmək mümkün deyil. Amma bəzi hadisələr dəyişə bilən qədərə aiddir. İnsanların əməllərindən, dualarından asılı olaraq bu qədərlər dəyişə bilər. Əcəllər də belədir. Bir qism əcəllər əvvəldən təyin edilsə də, onların zamanında dəyişiklik olması mümkündür. İnsanın bəzi savab əməlləri, duaları, habelə, başqalarının onun haqqında etdiyi xeyir-dualar onun əcəlini yubadıb ömrünü uzada bilər. Əksinə, insanın günahları, başqalarının onun haqqında bəd-dua və qarğışları əcəlinin tezləşməsinə, ömrünün qısalmasına səbəb ola bilər. Bu məsələnin təfərrüatı dini kitablarda ətraflı izah edilib.

↑
Exit mobile version