İmamların məzarları hansı şəhərlərdə yerləşir?

Şiə əqidəsinə görə imamların sayı 12-dir. Bunların 11-i İslamın ilk 250 ili ərzində yaşayıb vəfat etmişdir. Sonuncu imam – Həzrət Mehdi (ə) qeybə çəkilib, diridir və insanların gözündən gizlidir.

11 imamın məzarları üç ölkədə – İraq, Səudiyyə Ərəbistanı və İranda cəmləşib.

Altı imamın məzarı İraq ərazisində yerləşir.

Birinci İmam Əli ibn Əbu Talibin (ə) məqbərəsi Nəcəfdə, üçüncü İmam Hüseynin (ə) qəbri Kərbəla şəhərində, yeddinci İmam Musa Kazimlə (ə) doqquzuncu İmam Muhəmməd Təqinin (ə) məzarları Kazimiyyədə, onuncu və on birinci imamlar Əli Nəqi (ə) ilə Həsən Əskərinin (ə) qəbirləri isə Samirradadır.

Dörd imamın məzarı Səudiyyə Ərəbistanının Mədinə şəhərində, Peyğəmbərin məzarının yaxınlığındakı Bəqi qəbiristanlığındadır. Əvvəllər bu məzarların üzərində türbə var idi, 1925-ci ildə vəhhabilər bütün türbələri yerlə yeksan ediblər. Bəqidə dəfn edilənlər ikinci İmam Həsən (ə), dördüncü İmam Zeynülabidin (ə), beşinci İmam Muhəmməd Baqir (ə) və altıncı İmam Cəfər Sadiqdir (ə).

Yalnız bir imamın – səkkkizinci İmam Rzanın (ə) məzarı İranın Məşhəs şəhərində yerləşir.

↑
Exit mobile version