Bir neçə kitabda, o cümlədən əhli-sünnə əalimi İbn Həcər Heysəminin “əs-Səvaiqul-muhriqə” kitabında Peyğəmbərin (s) dilindən belə bir hədis qeyd edilir: “Mənə naqis salavat göndərməyin”. “Naqis salavat nədir?” – deyə soruşduqda Peyğəmbər (s) belə cavab verdi: “Allahım! Muhəmmədə Sənin salavatın olsun!” – deyib, susmaqdır. Gərək belə deyəsiniz: “Allahım! Muhəmmədə və Muhəmmədin nəslinə Sənin salavatın olsun!”
Həmçinin Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilib: “Hər kim namaz qılsa, amma mənə və Əhli-beytimə salavat söyləməsə, onun namazı qəbul olunmaz”.
Məşhur səhabə Cabir ibn Abdullah belə deyirdi: “Əgər namazın içində Mühəmmədə və Ali-Mühəmmədə salavat söyləməsəm, namazımı qəbul edilmiş saymaram”.
Beləliklə, hədislərdən məlum olur ki, Peyğəmbərə (s) salavat söyləyərkən onun nəslini (Ali-Muhəmmədi) əlavə etməmək naqis salavat sayılır və bu şəkildə salavat söyləmək bəyənilmir.
