Sözün ərəb dilndən tərcüməsi “iman etdim” deməkdir. Zəruri olan iman əsaslarına və eyni zamanda bunları özündə cəm edən ifadə bütünlüyünə “aməntu” deyilir. Aməntudə bildirilən iman əsasları Allaha, mələklərə, səmavi kıtablara, peyğəmbərlərə, axirət gününə, qəza və qədərə (yəni xeyrin və şərin Allahdan olmasına) inanmaqdan ibarətdir. Qurani-Kərımin bəzi ayələrində iman əsaslarının bir neçəsi sadalanır (Bəqərə, 177; Nisa, 136).
Aməntu əsasən əhli-sünnə məzhəbində İslam dininə iman gətirən şəxsin söyləməsi tələb edilən cümlə sayılır. Onun tərcüməsi belədir: “İman gətirdim Allaha, Onun mələklərinə, (səmavi) kitablarına, elçilərinə (peyğəmbərlərinə), axirət gününə və qəza-qədərə. Xeyir və şər Allah-Taala tərəfindəndir, ölümdən sonrakı diriliş haqdır. Şahidlik edirəm ki, Alahdan başqa tanrı yoxdur. Şahidlik edirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir”.
